Özbəkistanlı dünyaca məşhur iş adamı Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri postunun öz ərizəsi ilə tərk edib.
Unikal.org xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. Ancaq iş adamının belə bir addım atmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Q.Rəhimov bundan öncə də AIBA rəhbəri vəzifəsi səlahiyyətlərinin icrasını müvəqqəti dondurmuşdu.