Xəbər verdiyimiz kimi, ötən gün futzal üzrə Yüksək Liqada 22-ci turun son oyununda “Yasamal” MFK – “Araz” klublarının görüşü keçirilməli idi. Amma “Yasamal” MFK təyin olunan vaxtda meydana çıxmadığı üçün qarşılaşma baş tutmayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, klubun bu addımı atmasına səbəb maliyyə problemi yaşaması və federasiyanı baykot etməsidir.
Məlumatda bildirilir ki, klubun rəhbəri, kiçik bizneslə məşğul olan iş adamı Orxan Allahverdiyevi hələ yanvar ayında Azərbaycan Futzal Federasiyasının rəhbəri (AFF) Zaur Axundova müraciət edib. Ancaq qurumdan onlara konkret cavab verilməyib.
Klub da öz növbəsində AFF-dan dəstək almadığına görə, baykot etmək niyyətinə düşüblər və son matça çıxmayıblar.
Ancaq dünən federasiyadan Orxan Allahverdiyevə bildirilib ki, onlara kömək edəcək büdcələri yoxdur.
Bu danışıqdan sonra O.Allahverdiyev klubu dağıtmaq fikrinə düşüb və daha fəaliyyət göstərmək imkanları olmadığını bildirib. 2014-cü ildən fəaliyyət göstərən “Yasamal” MFK 4 ilə yaxındır ki, Yüksək Liqada çıxış edib. Klubun əsasını legionerlər təşkil edirdi.
Maaş ala bilməyən legionerlərin bəziləri Bakını tərk edərək ölkələrinə qayıdıblar.
Aygün İlqarqızı