Cennifer Lopesin nişanlısı olan məşhur beysbolçu Aleks Rodrigeslə bağlı daha iddia ortaya atılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Aleks Rodrigesin CeLonu keçmiş həyat yoldaşı ilə aldatdığı deyilib. Hətta onun başqa bir əxlaqsız hərəkəti də üzə çıxıb.
Belə ki, 44 yaşlı "Playboy" modeli Zoe Corcianın iddiasına görə, Rodriges ona erotik mesajlar və çılpaq şəkillərini göndərib. Həmçinin Rodriges ona qrup seks təklif edib və ondan bunun üçün yer tapmağı, rəfiqələrini dəvət etməyi istəyib. Zoe bildirir ki, həmin yazışmalar bu il yanvarın 22-dək davam edib.
Zoe Corcianın sözlərinə görə, bu sirri açmasına səbəb bəyəndiyi müğənni Cennifer Lopesə qarşı belə haqsızlığı qəbul etməməsidir. "The Sun"a danışan model əlində "WhatsApp" yazışmalarının da olduğunu deyib.