Qazaxıstanın Qızıl Orda vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Unikal.org  “Kazinform” agentliyinə istinadən xəbər verir ki, helikopterin göyərtəsində 13 nəfər olub. 

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hələlik dəqiq rəqəmlər açıqlanmayıb.

Məlumata əsasən, naməlum şəraitdə yerə çırpılan helikopter tamamilə yanıb. Ölkənin müdafiə nazirinin əmri ilə xüsusi komissiya yaradılaraq qəza yerinə göndərilib. Hadisənin səbəbləri araşdırılır.