Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişi qüvvəyə mindikdən sonra istefa verəcəyini açıqlayıb.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, Tereza Mey Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında bildirib: "Bizim ölkəmizin və partiyamızın düzgün hesab etdiyini həyata keçirmək üçün mən baş nazir vəzifəsini planlaşdırdığımdan öncə tərk etməyə hazıram".
Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib