Gənclər və idman naziri Azad Rəhimov 29 mart 2019 –cu il tarixdə Mingəçevir şəhərində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 26 nəfər vətəndaş dinlənilib.
GİN-dən Unikal.org-a verilən məlumata görə, bunlardan 5 nəfəri gənclər , 11 nəfəri idman sahəsi , digərləri isə, “Gənclər evi”, Olimpiya İdman Kompleksləri, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri , idman avadanlıqlarının verilməsi, ipoteka krediti və iş ilə bağlı müraciətlər olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.