2015-ci ildə orqanizmindən nandrolon tapıldığı üçün 8 il müddətinə bütün yarışlardan uzaq qalan Azərbaycan ağırlıqqaldıranı Valentin Xristovun 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalı əlindən alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı xəbər yayıb.
IOC İntizam Komissiyası olimpiada zamanı Xristovun doppinq qəbul etdiyi üzə çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Beləliklə bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Qərara əsasən, onun bürünc medalı isə həmin yarışda 4-cü yeri tutmuş viyetnamlı Tran Le Kuok Toana veriləcək.
Bildirilir ki, 25 yaşlı idmançı qərardan İdman Arbitraj Məhkəməsinə apellyasiya verə bilər.
İki qat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Xristov 2015-ci ildə orqanizmindən nandrolon tapıldığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.