Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə bu gün 12 radələrində rayonun Atakişili kəndində qeydə alınıb.
Kənd sakini Vilayət Bəhrəm oğlu Zeynalova məxsus ikimərtəbəli 4 otaq və mətbəxdən ibarət ev anidən alışıb.
Hadisə yerinə FHN-in 2 maşını və 12 nəfər şəxsi heyəti cəlb olunub.
Ümumi sahəsi 200 kvm olan evin bir hissəsi yanaraq külə dönüb. Yanğının digər sahələrə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.