FİFA-nın prezidenti Canni İnfantino növbəti dörd ildə də quruma rəhbərlik edəcək.
Unikal.org xəbər verir ki, o, qurumun Fransanın paytaxtı Parisdə keçirilən Konqresində növbəti dəfə prezident seçilib.
2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edən isveçrəli funksioner seçkilərdən sonra postunda qalıb. 49 yaşlı C.İnfantino yeganə namizəd olub.
FİFA prezidenti yenidən bu vəzifəyə seçildikdən sonra ailə üzvlərinə, dostlarına, onu sevənlərə və nifrət edənlərə minnətdarlıq edib: "Bu gün hamınızı sevirəm. Şuranın üzvlərinə, vitse-prezidentlərə əfsanələrə təşəkkür edirəm. FİFA-da çalışmaq böyük şərəfdir. Futbolu sevməyə və sizinlə birlikdə futbol üçün çalışmağa davam edəcəyəm”.