Kürdəmirdə ağır yol qəzası baş verib.

Unikal.org-un görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Muradxan kənd sakini, 1940-cı il təvəllüdlü Qasımov Ağa Ağamirzə oğlu "Hyundai" markalı avtomobil ilə İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə A.Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.