Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Vladimir Putinin “Financial Times”a müsahibəsinə “Liberalizm fikrinin artıq hökmü qalmadı” ifadəsini şərh edib.
Unikal.org
xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammitdə Avropalıların liberal demokratiyanı sonuna qədər müdafiə etməsi və təşviq etməsi lazım olduğunu vurğulayan Tusk Putinə belə cavab verib:
“Hər kim liberalizmin etibarsız hala gəldiyini iddia edirsə əslində azadlıqların, hüququn üstünlüyünün və insan hüquqlarının etibarsız hala gəldiyini söyləyir deməkdir."

Tusk hesab edib ki, Putinin liberalizmlə bağlı açıqlaması məntiqli deyil: “Məncə əsl etibarsız olan avtoritarlıq, oliqarxların idarəçiliyi... Hər nə qədər bunlar bəzən təsirli kimi görünsə də ... Biz Avropalılar olaraq liberal demokratiyanı sonuna qədər, qətiyyətlə müdafiə və təşviq etmək üçün burada iştirak edirik".