Reytinqləri alt-üst edən "Sevgi adası" realiti-şousunda cütlük onları lentə alan kameralara əhəmiyyət vermədən cinsi əlaqədə olduqları kadrlarla gündəmə gəlmişdi.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyada populyar olan realiti-şou yenidən bənzər bir olayla gündəmə gəlib.
Sevgilisi olmayan iştirakçılar, cütlüklərin gecələr intim əlaqə səslərindən narahat olduqlarını iddia edərək layihə rəhbərinə şikayət ediblər.
Şikayətçilər realiti-şou yoldaşlarının gecə çıxardıqları səslər səbəbindən yata bilmədiklərini iddia ediblər.
Qeyd edək ki, "Love İsland" realiti-şousunda bir neçə gün öncə Tommy Fury ilə Mae Hague cütlüyü kameralara əhəmiyyət vermədən cinsi əlaqədə olublar. Bu olay ötən günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib