Nigeriyanın futbol üzrə millisinin sabiq baş məşqçisi Samson Siasianın anası Oqere Siasia qaçırılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Samsonun 76 yaşlı anası Nigeriyanın Bayels əyalətində yerləşən evinə silahlı basqın edilib. Basqın edən silahlı şəxslər, Oqereni girov götürüb. 51 yaşlı məşqçinin anasından hələlik xəbər yoxdur.

Bildirilir ki, Oqere Siasia 2015-ci ilin noyabrında da bir qrup şəxs tərəfindən qaçırılmış, ancaq 13 gündən sonra pul qarşılığında geri qaytarılmışdı.

Qeyd edək ki, Samson hazırda 23 yaşadək futbolçulardan ibarət Nigeriya millisinin baş məşqçisidir.