"Türkiyə Krımın qanunsuz ilhaqını tanımayıb, tanımayacaq".
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında ölkəsinin bu mövqeyinin dəyişməyəcəyini qeyd edib: "Soydaşlarımızın tarixi ana vətəni olan Krımdakı varlıqlarının davamı, kimlikləri və mədəniyyətlərinin qorunması, azadlıqlarının təmini bizim üçün prioret məsələdir".