Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş keçiriləcək.

Unikal.org xəbər verir ki, prezidentlərin ilk rəsmi görüşü “normand formatı” çərçivəsində baş tutacaq. Məlumata görə, Zelenski və Putin telefon söhbətində bununla bağlı razılığa gəliblər. 

Qeyd edək ki, iki ölkə rəhbərinin görüşünün sentyabrda keçiriləcəyi gözlənilir. Hələlik dəqiq vaxt açıqlanmayıb.