Analar övladları neçə yaşına gəlirsə gəlsin onları qoruyurlar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Liverpul şəhərində 98 yaşlı Ada 80 yaşındaki oğlu Tom qocalar evində tək qalmasın deyə onun yanına köçüb.
O “Neçə yaşında olursunuz olun, ana olmağa davam etməlisiniz” deyib. Tom isə “Mənə hələ də uşaqlıqdaki kimi baxır” deyib.