Danimarkanın Baş Naziri Mette Frederiksen İŞİD-ə qarşı mübarizəyə dəstək vermək üçün Suriyaya qoşun göndərəcəklərini bəyan edib.
Unikal.org xəbər verir ki, Baş Nazir Xarici İşlər və Müdafiə nazirləri ilə keçirdiyi mətbuat konfransında Danimarkanın beynəlxalq miqyasda hərbi fəaliyyətini artıracağını söyləyib.
Mette Frederiksen Danimarkanın Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə aparmaq üçün bölgəyə 14 hərbi həkimdən ibarət qrup, bir donanma, bir batalyon, döyüş gəmisi və dörd döyüş təyyarəsi göndəriləcəyini bildirib. “Məqsədimiz fəal xarici siyasət yürütməkdir. Bu siyasətimizi müttəfiqlərimiz ABŞ, NATO, Avropa İttifaqı və BMT ilə birlikdə davam etdirəcəyik", - deyə o vurğulayıb.