Türkiyənin Bartın bölgəsində 40 gün əvvəl dünyasını dəyişən Nizami Ak-ın məzarı baş tərəfindən 2 dəfə qazılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhəllə sakinlərinin iddialarına görə məzarı ayı açıb. Məzar ilk dəfə Nizami Ak dəfn olunduqdan 20 gün sonra açılıb. Buna önəm verməyən sakinlər 10 gün sonra məzar yenidən açıldıqda şübhələnərək aidiyyatı qurumlara xəbər veriblər. Hadisə yerində aparılan araşdırmalardan sonra qəbiristanlığa ayının gəldiyi müəyyən olunub. Məsələni dəqiqləşdirmək üçün məzarın yaxınlığına kamera yerləşdirilib.
Ətrafda yaşayan sakinlər isə belə bir hadisə ilk dəfə rastlaşdıqlarını bildiriblər.