Səhiyyə Nazirliyi bayram gecəsi "zırpaket"dən xəsarət alanlarla bağlı məlumat yayıb.
Unikal.org-a daxil olan məlumatda qeyd edilir ki, 31 dekabr-1 yanvar tarixlərində 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib. Onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfərə məsləhət verilib.