Tovuzda itkin düşən və daha sonra yadırılmış meyti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, dəfn mərasimində yaxınları, millət vəkili Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak edib.
Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, ötən ilin noyabrın 21-də itkin düşən N,Quliyevanın meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi isə hələ məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.