Bakıda evdən 23 min manatlıq oğurluq edilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis idarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.