Ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək ölən üç əcnəbi qızın kimliyi məlum olub.
Unikal.org xəbər verir ki, onlar “Western Caspian” Universitetinin tələbələri 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.
Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.
Qeyd edək ki, gecə saatlarında Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində üç nəfər tüstüdən zəhərlənərək ölüb.
Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.