Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, Rusiya hökumətinin saytında yerləşdirilən təbrikdə P.Bülbüloğlunun iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfələr qeyd olunur.

“Sizin gözəl mahnılarınız milyonlarla dinləyici üçün doğma və sevimli olub, bir çox istedadlı ifaçıların repertuarına daxil olub, indi də səmimiyyəti, gözəlliyi, həyat eşqi ilə qəlbləri fəth edir. Siz, həmçinin dövlət və ictimai xadimi kimi də özünüzü parlaq şəkildə göstərmiş, mövqeyinizi qətiyyətlə müdafiə etmək, ölçülü-biçili qərar vermək bacarığınızı dəfələrlə büruzə vermisiniz”, – baş nazirin təbrikində deyilir.