Nikola Yurçeviçin Azərbaycan millisinin baş məşqçi vəzifəsindən göndərilməsindən sonra bu post hələ də boş qalıb.

Unikal.org xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yanvar ayının 28-cə keçirilən hesabat konfransında sözügedən posta 32 əcnəbi məşqçinin namizəd olduğunu söyləmişdi. Ancaq "Futbol+" qəzetində dərc olunan məlumata görə, millimizin baş məşqçi postu müvəqqəti olaraq, Arif Əsədova tapşırılacaq. Belə ki, Yurçeviçin dönəmində onun köməkçisi olan

Əsədov UEFA Millətlər Liqasının püşkatma mərasimində də iştirak edib. Onun Mart ayının sonunda Maltada keçiriləcək təlim-məşq toplanışında millimizin sükanı arxasında olacağı da yazılır.

Yayda isə Arif Əsədov öz yerini Rəşad Sadıqova verəcək. Sadıqov karyerasını bitirdikdən sonra futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olacaq.