Azərbaycan əsilli rusiyalı milyarder, “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov RBC agentliyinə müsahibəsində koronavirusa görə tətbiq edilmiş karantin rejiminə görə biznesinin batdığını deyib.
Unikal.org xəbər verir ki, biznesmen aprel ayı üçün işçilərə maaş verə bilməyəcəyini deyərək dövlətdən ƏDV-nin aşağı salınması şəklində kömək istəyib.
“Bizdə belə əhvalat alınıb. Mən bu ofisdə oturmuşam, kiçik gəminin kapitanı kimi. Və baxıram ki, o necə batır. Heç nə edə bilmirəm, buna heç cür təsir etmək mümkün deyil”,-Ağalarov bildirib.
Biznesmen deyib ki, “Crocus Group”da 15 min adam işləyir. Onların maaşlarını ödəmək üçün 1 milyard rubl lazımdır. Hazırda isə şirkətin bütün obyektləri bağlıdır, təkcə “Tvoy dom” supermarketlər şəbəkəsi işləyir.
“İçərisində 15 min adam olan gəmi sadəcə olaarq tədricən kapitanın gözləri qarşısında dibə enir, hansı ki, kapitanın heç içəri dolan suyu çölə vurmaq imkanı da yoxdur, sadəcə olaraq imkan vermirlər”,-o vurğulayıb.
Ağalarovun sözlərinə görə,yeni kreditləin hesabına biznesi daha bir ay ayaqda tutmaq olar. Lakin böhrandan sonra digər müəssisələr kimi “Crocus Group”un da işləməsi üçün azı iki aylıq vergini almağı yaddan çıxarmaq lazımdır.