Mərkəzi Bank Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla koronavirus dövründə müvafiq qərar qəbul edib.
Unikal.org xəbər verir ki, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində aşağıdakı təkliflər verilib:
• İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin Fondun razılığı əsasında (bu məqsədlə fondun müvafiq normativ sənədlərinə dəyişiklik etməklə) 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunması;
• İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi;
• Kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilməsi;
• 01 mart 2020-ci il vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi).