Sahibkarlar çox sayda güzəştlərdən faydalana biləcək. 

Unikal.org xəbər verir ki, Rabitəbank, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı və sahibkarlar üçün güzəştlərin tətbiq edilmə siyasəti çərçivəsində, biznes fəaliyyəti üçün önəmli kampaniyaya start verir. Belə ki, cari ilin 5 may tarixindən, 5 avqust tarixinədək bankda yeni sahibkarlıq hesabı açan müştərilərimizə aşağıdakı xüsusi təkliflər təqdim olunur:

İlk 3 ay ərzində müəsisələrdən əmək haqqı köçürmə komissiyasının alınmaması, əmək haqqı kartlarının pulsuz verilməsi;
Köçürmə komissiyaları üçün istifadə edilə biləcək 50 AZN dəyərində bonusların verilməsi;
0% konvertasiya komissiyası;
İlk 3 ay ərzində hesab üzrə vəsaitin nağdlaşdırılması 0%; 
POS terminal üzrə aylıq xidmət haqqı 0 AZN; 

Həmçinin, kampaniyadan yararlanan müştərilərimizə, internet bankçılıq xidmətinə qoşulma, istənilən valyutada hesab açma, bir illik sms və e-mail məlumatlandırma, VÖEN hesaba bağlı iki illik BizKart və bir ədəd çek kitabçası tamamilə pulsuz təqdim edilir. 

Sahibkarlar üçün təklif olunan yeni kampaniya haqqında daha ətraflı məlumat üçün  HYPERLINK "https://bit.ly/sahibkar" https://bit.ly/sahibkar linkinə daxil ola bilərsiniz.


Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.