"Brent" markalı neftin bahalaşması davam edir.
Unikal.org xəbər verir ki, Bakı vaxtı ilə saat 17:38-də "Brent" markalı neftin bir bareli üçün iyul fyuçerslərinin 11,88% artaraq 30,43 ABŞ dollarına bərabər olub.
WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 18,24% artaraq 24,11 dollar təşkil edib.
Qeyd edək ki, sonuncu dəfə "Brent" neftinin qiymətinin 30 dollardan çox olması cari ilin aprelin 15-də qeydə alınıb.