Saatlı təhsilində nə baş verir?
03:22 31-03-2012
CƏMİYYƏT
Saatlı təhsilində nə baş verir?
Misir Mərdanovun yerli işçilərinə ağır ittihamlar irəli sürüldü
Təhsil - Azərbaycanın yaralı yerinə çevrilib. İstər Bakı olsun, istərsə də əyalətlər, fərqi yoxdur, ölkə boyu təhsil sistemində özbaşınalıqların ardı-arası kəsilmir.
Dünən isə ölkənin daha bir rayonunun təhsil sistemində baş verənlərlə bağlı kəskin ittihamlar ortaya çıxıb. Belə ki, Saatlı rayon Novruzlu kənd sakini Həsənov Əlisa Əzizağa oğlu rayon Təhsil Şöbəsinin fəaliyyətindəki nöqsanlar barədə suçlamalarla dolu məktub hazırlayıb. Məktubun bir nüsxəsi də "Kür" Vətəndaş Cəmiyyəti Qərargahına daxil olub.
Orada bildirilir ki, Saatlı rayon Təhsil şöbəsində nöqsanlar, maliyyə saxtakarlıqları və s. problemlər baş alıb gedir. "Lakin təhsil şöbəsi dövlətin starateji sahələrindən biri olan təhsili öz şəxsi maraqlarına qurban verərək məktəblərdə olan nöqsan və saxtakarlıqlara qəsdən göz yumur. 10 mart tarixindən "Novruz bayramı" ilə əlaqədar məktəblərdə dərslər keçirilmədiyi halda jurnallar yazılıb. Məktəblərdə 5-6-7-ci saatlarda olan fənlər keçirilmir. Sentyabr ayında dərs bölgüsü ixtisaslı müəllimlər arasında düzgün aparılmır, bu da həmin fənlərin tədrisində verilən biliyin mənimsənilməsinə, keyfiyyətinə mənfi təsir göstərir" - deyə məktubda qeyd olunub.
Şikayət məktubunda daha sonra yazılıb: "Dərs cədvəlləri tədris planına uyğun tərtib olunmur. Məktəbə gəlməyən şagirdlərin yazı işləri yazılmır, yazılsa da evdə başqa şagirdlər tərəfindən yazılır və saxta qiymət verilir. Ümumtəhsil məktəblərindən ali məktəblərə daxil olan məzunların hamsı repititor müəllimlərin yanına gedənlərdir. Məktəblərə qış mövsümündə istilik üçün verilən yanacaq və ya vəsait mənimsənilir. Məktəblərə dövlət nümayəndəsi və ya yoxlama gələndə həmin gün məktəblərdə istiliklə bağlı toy-bayram olur. Məktəblərə əlavə müəllim götürüldükdə, rayon təhsil şöbəsinə görüm-baxım edirlər. Yenidən hazırlanma, ixtisas dəyişmə kursları və s. seminarlar sənədləşmədə öz təsdiqini tapır amma həqiqətdə belə deyil. Məktəblərdə olan texniki işçilərin əksəriyəti evdə oturaraq 50/50-yə əmək haqqı alır. İşini itirməkdən qorxduğuna görə adının çəkilməsini isdəməyən ibtidai sinif müəllimləri bildirirlər ki, yanvar ayında Təhsil nazirliyinin nümayəndələri kurikulum islahatı ilə bağlı ibtidai siniflərdə yoxlamalar apararkən onlardan 100 (yüz) manat pul yığıblar. Saatlı rayonunda 48 məktəbin olduğunu nəzərə alsaq, bu məbləği də hər məktəbin ən azından 4 (dörd) ibtidai sinifinin sayına vurduqda, böyük bir məbləğin yığıldığının şahidi oluruq. Hələ şahmat, idman məktəblərində olan saxtakarlıqları demirəm. Nə yaxşı ki, uşaq bağçaları RİH-nə verilir. Bir təhsil şöbəsinin ki, gözləri uşaq bağçalarına verilən yeməklərdə qalacaq, o bağçalarda hansı təhsildən danışmaq olar?"
Məktub müəllifi iddia edib ki, bu templə davam edəcəyi təqdirdə Saatlı təhsilinin gələcəyi şübhə doğurur: "Yoxlama ərəfəsində Saatlı rayon Təhsil Şöbəsi rayon maliyyə idarəsinin mütəxəssislərindən birini təhsil şöbəsinə dəvət edir, görüm-baxım etdikdən sonra yoxlamaya aid sənədləri hazırlayırlar ki, Maliyyə Nazirliyinin aidiyyatı qurumları tərəfindən yoxlama aparılarsa yuxarıda göstərdiklərim və götdərmədiyim faktlar üzə çıxmasın".
Qeyd edək ki, məktub eyni zamanda təhsil naziri Misir MƏrdanova da ünvanlanıb. Ona necə reaksiya veriləcəyi bəlli deyil, amma bu cür şikayətlərin bir qayda olaraq cavabsız qalması, yerli təhsil şöbələrinin fəaliyyətlərini elə Təhsil Nazirliyinin özünün "iş prinsiplərinə" uyğun qurması Saatlı sakininin də ittihamlarının havada qalacağını düşünməyə əsas yaradır.
Amma hər bir halda sakinin məktubunda ittiham edilən tərəfin də, Təhsil Nazirliyinin də məsələyə münasibəti olarsa, dinləməyə və çap etməyə hazırıq.
Mehman Əzizli
Digər Xəbərlər
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30