Dünya bazarında xam neftin qiymətləri yenidən artıb.
Unikal.org xəbər verir ki, Bakı vaxtı ilə saat 22:28-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6% artaraq 38,17 ABŞ dolları təşkil edib.
Bu markalı neftin qiyməti sonuncu dəfə martın 6-da 38 ABŞ dollarından yuxarı olmuşdu.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6% artaraq 36,11 ABŞ dolları olub.