Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanmış 4 bankdakı 680 milyon manat sığortalı əmanətin 200 milyon manatını qaytarmaq üçün vəsaitə malikdir.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
“Qalan 480 milyon manatı AMB ADIF-ə kredit kimi verəcək. Bu məsələ ilə bağlı danışıqlar gedir. Həmin vəsaitin isə 200 milyon manatlıq hissəsinin xarici valyuta formasında verilməsi nəzərdə tutulub. Odur ki, bu ilin sonuna qədər AMB-nin valyuta ehtiyatlarında cüzi azalma ola bilər”, - deyə o, qeyd edib.