İtaliyada son sutka ərzində 255 nəfər koronavirus infeksiyasına yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 239 961 nəfərdir. Son sutkada pandemiya qurbanlarının sayı 30 nəfər artaraq 34 708-ə çatıb.