İctimai Televiziya və Radio Yayımları Şirkəti maska istehsalına və idxalına öz töhfəsini verəcək.
Unikal.org xəbər verir ki, “İctimai TV” Cənubi Koreya istehsalı olan, 4 il ərzində 50-dən çox ölkəyə ixrac olunmuş, ABŞ, Rusiya, Almaniya, Fransa daxil olmaqla 20-dən çox ölkədə yarım milyardlıq pərəstişkar ordusu toplamış “Maska”nı Azərbaycana gətirir.
Bir neçə xarici layihələrin Azərbaycanda yayım hüququnu əldə edən İctimai Televiziya və Radio Yayımları Şirkəti “The Masked Singer” musiqili televiziya şousunun adaptasiya olunması üçün formatın region üzrə lisenziya sahibi olan Böyük Britaniyanın “Fremantle” şirkəti ilə müqavilə imzalayıb.
Möhtəşəm və həyəcan doğuran “Maska” şousunda 12 tanınmış şəxs bir meydana gələcək. Şou iştirakçılarının şəxsiyyətləri onlar üçün xüsusi olaraq hazırlanmış və tikilmiş kostyum və maskalar arxasında gizli saxlanılacaq.
Gələn il İctimai TV tamaşaçıları mövsümün ən böyük sirrini açmalı olacaqlar: maska arxasında kim gizlənir?