İmtahanların qeyri-müəyyən müddətə uzadılması haqlı olaraq həm valideynlərin, həm də imtahan verəcək şagirdlərinn narazılığına səbəb olub.

Bununla bağlı Unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov diqqətə çatdırıb ki, imtahanların hazırkı karantin şərtlərinə uyğunlaşdırılması məqsədəuyğun olardı.  

Ekspert bildirib ki, 20 iyula qədər insanların hərəkətinin məhdudlaşdırılması,  həftəsonları imtahanların keçirilməsi üçün əlverişli şərait yaranıb:

“Orta məktəb imtahanları şagirdlər üçün ən yaxın məktəblərdə keçirilir. İmtahan prosesində şagirdlər arasında məsafə qorunur. Lakin müəllimlərin işə qəbul, dövlət qulluğu, magistr kimi kütləvi imtahanlarda müəyyən problemlər var. Bu səbəbdən də həmin imtahanlar Tofiq Bəhramov adına stadionda açıq havada təşkil olunması daha yaxşı olardı. Biz bununla bağlı DİM-ə təklif təqdim etmişik”. 

Dürrə Həsənova