Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib. Sosial şəbəkə istifadəçilərinin bir çoxu da bununla bağlı şikayət ediblər ki, ictimai və özəl sektordan olan icazələr ləğv edilib.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib ki, bununla bağlı onlara çoxlu sayda müraciətlər olub:
"Hansı icazənin qalması, hansının ləğv olunması məsələsinə İqtisadiyyat Nazirliyi baxır. Bizdə sistem ancaq İT məsələsini tənzimləyir".