Xüsusi karantin rejimini pozub, "Fairmont Baku" hotelində istirahət edərək jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşib.
Unikal.org-un əldə etdiyi məlumata görə, jurnalistləri təhqir edən şəxs İsmayıl Babayevdir.
Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü İsmayıl Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.