Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görünütülər araşdırılıb.
Bu barədə Unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib
Bildirilib ki, fakt 1 ay əvvəl -iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib.
Buna baxmayaraq, B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.