Bakının bəzi ərazilərində kəskin qoxu hiss olunur.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə də axşam saatlarından geniş müzakirələr gedir. Qoxunun daha çox 3, 7, 8, 9-cu mikrorayonlarda, Dərnəgül ətrafında, Nərimanov və Xətai rayonlarında hiss olunduğu qeyd edilir.

Qeyd edək ki, qoxunun səbəbi haqqında hələ ki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilməyib.