Hökumətin əmanətlərin qaytarılma şərtlərinə növbəti təpki
03:35 31-03-2012
CƏMİYYƏT
Hökumətin əmanətlərin qaytarılma şərtlərinə növbəti təpki
İqtisadçı-deputat özlərinin hazırladığı variantı daha ədalətli sayır
Prezidentin bu ay imzaladığı fərmanla 1992-ci il yanvarın 1-nə kimi keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan şəxslər əmanətlərini geri alacaq.
2000 rubla qədər olan əmanətlərin hər qəpiyinə görə 75 manat ödəniləcək. Vətəndaşın sovet bankında 2000 rubl pulu olubsa, o zaman 300 manat alacaq. Pul 2000-dən çox və 5000 mindən azdırsa, 300 rubldan əlavə hər qəpiyi 50 manata vurmaqla əmanətin məbləği hesablanacaq. 5000 rubldan 10000 rubla qədər olduqda 600 manatdan əlavə əmanət qalığının hər bir qəpiyinə 40 manat veriləcək. 10000 rubldan yuxarı 1000 rubl + 0,2 rubldan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat hesablanacaq.
Ekspert Vüqar Bayramov KİV üçün yaydığı açıqlamasında bildirib ki, Azərbaycanda tətbiq edilən indeksasiya sistemi MDB ölkələrində ən yüksək indeksasiya sistemidir: "Qırğızıstanda 2500 rubla yalnız 60 dollar, Moldovada 1000 rubla 80 dollar ödənilib. Qazaxıstanda isə əmanətlərin ödənilməsi ilə bağlı sonuncu mərhələdə hər 1000 rubla cəmi 10 dollar verilib. Sonradan Qazaxıstan hökuməti əmanətlərin nağd pulla qaytarılmamasına dair qərar qəbul etdi. Vətəndaşlara çek paylandı. Azərbaycanda hər 2000 rubla 385 dollar ödənildiyini nəzərə alsaq, bu indeksasiyanı MDB ölkələrində ən yüksək hesab etmək olar".
İqtisadçı qeyd edib ki, indeksasiya zamanı ölmüş sovet rublunun manata birbaşa ekvivalentini tapmaq mümkün deyil: "Əmanətlərin bir qismi əmanət banklarına 1991-ci ildə yerləşdirilib. Həmin dövrdə rublun alıcılıq qabiliyyəti, rublun dollara nisbətən məzənnəsi kəskin aşağı olub. 1991-ci ildə dolların rubla məzənnəsi 1 dollar 102 rubla qədər yüksəlmişdi. Amma 1980-ci illərdə əmanət bankına yerləşdirilən əmanətlərin alıcılıq qabiliyyəti, dollara ekvivalenti daha yüksəkdir. Əmanətlərin müxtəlif illər üzrə yerləşdirildiyini, rublun dollara məzənnəsinin 1980-ci ildən sonra müəyyənləşdiyini nəzərə alsaq, sovet rublunun dollara ekvivalentinin tapılması mümkün deyil".
Ekspert əmanətlərin qaytarılması zamanı daha yüksək vəsait alacaqlarına dair gözləntilərə də toxunub: "İnsanlar hər rubla 1 manat ödəniləcəyini gözləyirdilər. Bu, iqtisadi baxımdan düzgün addım olmaz, istehlak bazarında qiymətlərin artması pul dövriyyəsinin şişməsinə gətirib çıxara bilərdi. Nəticədə iqtisadiyyatda disbalans yaranardı".
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də əmanətlərin geri qaytarılması məsələsinə münasibət bildirib. Dünənki açıqlamasında Əli Məsimli deyib: "Vaxtilə biz məsələ ilə bağlı qanun layihəsi hazırlamışdıq. Mən və deputat Vahid Əhmədov layihəni imzalayaraq Milli Məclisə göndərmişdik. Gözləyirdik ki, həmin layihə müzakirəyə çıxarılacaq. Amma məsələ prezident fərmanı formasında üzə çıxarıldı. Ümumi mexanizmi nəzərə alsaq, layihə ilə fərmanın mexanizmi eynidir. Lakin qaytarılma məsələsində bizim nisbətlə hökumətin nisbəti fərqli oldu. 1993-cü ildə Azərbaycan ərazisində 1 manat:10 rubl nisbəti, 2006-cı ildə yeni manata keçidlə əlaqədar 1 yeni manat:5000 nisbəti tətbiq edilib. Fərmanda bu nisbətdən istifadə olunur. Biz hazırladığımız layihədə isə 1 rubl 40 qəpik=1 dollar formulu əsas götülmüşdü. Yəni bizim təklifimizlə götürüldükdə 2000 rubl 1000 manat şəklində qaytarılmalı idi. Hökumətin variantında isə 2000 rubl 300 manatla əvəzlənir. Hesab edirik ki, bizim variant daha ədalətli idi. Layihədə mərhələlərdən də istifadə olunması haqda təkliflər var idi. İlk mərhələdə Qarabağ əlillərinə və onların ailələrinə, birinci qrup əlillərə və 1940-cı ilə qədər anadan olanlara pullarının qaytarılmasını istəyirdik. Sonra 50 min rubla qədər rublu olanlara, daha sonra isə yerdə qalanlara qaytarılması təklif edilirdi".
Məsimli bildirib ki, hökumətin variantında belə bir bölgü yoxdur: "Amma ilyarım ərzində bütün əmanətlərin qaytarılması mümkün olmayacaq. Ona görə də göstərilən müddət yalnız ilkin mərhələ ola bilər. Sonradan yeni qərarlar vermək lazım olacaq. Bizim variantda əhaliyə 2 milyard manata qədər pulun qaytarılması nəzərdə tutulmuşdu. Layihəyə görə, hər il olan inflyasiyalar nəzərə alınmalı idi. İnflyasiya olduqda məbləğə uyğun əlavə pul qaytarılmasını təklif etmişdik".
Sevda Cəlilli
Digər Xəbərlər
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44