ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Belarusdakı situasiyanı müzakirə edəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tramp aksiyaların dinc xarakter daşıdığını vurğulayıb.
“Belarusda kifayət qədər demokratiya yoxdur. Aksiyalar ABŞ-dakından fərqli olaaraq dinc keçirilirdi. Mən demokratiyanı dəstəkləyirəm”-deyə Tramp deyib.
Hazırda Ağ Ev və Kreml Putin-Tramp danışıqlarını təşkil etmək üçün hazırlıq görür.