Daşkəsən niyə "donur"?
03:36 31-03-2012
CƏMİYYƏT
Daşkəsən niyə "donur"?
Rayonun 43 kəndi hələ də qazsızdır
Qərb bölgəsinin ən ucqar dağ rayonlarından olan Daşkəsəndə hazırda 48 yaşayış massivindən yalnız 5-də mavi yanacaq var. Rayonun 43 yaşayış massivlərinə isə bu günə qədər qaz xətti də çəkilməyib.
Zülm isə vətəndaşın
cibinə və təbiətə olur
Mavi yanacağa həsrət qalan bu kəndlərin sakinləri isə odun və elektirik enerjisindən və qaz balonlarından istifadə edirlər. Bu da həm ağacların kəsilməsinə, həm də ki, vətəndaşın daha çox pul xərcləməsinə gətirib çıxardır.
Zağalı kənd sakini Tapdıq Hüseynov dedi ki, neçə illərdi ki, bu kəndə yaşayır, XXl əsr olmağına baxmayaraq burada hələ də mavi yanacaq yoxdur. Odunla həm qızındıqlarını, həm də ki, yemək bişirdiklərini deyən 73 yaşlı Tapdıq kişi, sözlərinə onu da əlavə etdi ki, aldığı təqaüdün yarısını da oduna verir: "Xəstə adamam, çır-çırpı yığmağa halım olmur, məcburam pulla alım. Qaz olsaydı bu əziyyəti çəkməzdim, əlavə xərclər də etməzdim."
Qabaqtəpə kənd sakini Nailə Məmmədova isə bildirdi ki, kənddə qazın olmaması evin görkəmində də problem yaradır. Qış boyu odun sobasının yaratdığı tüstü, həm canlarına həm də evlərinə ziyan vurur, divarlar il uzunu hisdən qara rəng olur.
Qazsız əhaliyə
xoş müjdə var
Daşkəsən rayon Qaz İstismarı Sahəsinin baş mühəndisi Təbriz Məmmədovun verdiyi məlumata görə, bu gün şəhərlə yanaşı 3 qəsəbə və 1 kənddə qaz var. Hazırda rayonun Xoşbulaq kəndinə isə qaz xətti çəkilir. Bununla yanaşı rayonun digər 12 kəndinin qazlaşdırılması üçün yaxın günlərdə işlərə başlanacaq.
Musahib bildirdi ki, qazsız qalmış digər kəndlərin isə 2013-cu ilin sonuna qədər mavi yanacaqla tam təmin edilməsi planlaşdırılıb.
Rayonda sayğaclaşma
işləri də aparılır
Rayon Qaz İstismar Sahəsinin baş mühəndisi Təbriz Məmmədov bildirdi ki, qaz xətlərinin çəkilməsi ilə yanaşı, 5 illik istifadə müdəti başa çatmış sayğacların dəyişdirilməsi işləri də aparılır. Rayonda ümumi olaraq 2 min 600 abonentin olduğunu bildirən T.Məmmədov, bunlardan yarısından çoxu son bir neçə ayda yeni elektron sayğaclarla təmin olunduğunu qeyd etdi. Bu sayğacların hamısı dövlət vəsaiti hesabına dəyişdirilir. İşlər əsasən qəsəbələrdə və rayonda qazla təmin olunmuş yeganə kənd olan Mollahəsənlidə aparılır. Baş mühəndisin sözlərinə görə, Daşkəsən şəhərində də kart sistemli sayğacların quraşdırılması gözlənilir. Belə ki, şəhərdə 1 terminalın quraşdırılması və 1900 ədəd kart sistemli qaz sayğaclarının alınması planlaşdırılıb. Bunun üçün "Azəriqaz" İstehsalat Birliyinə müraciət edilib. Əgər müraciət müsbət qarşılansa bu ilin sonuna qədər şəhər kart tipli sayğac sisteminə keçəcək.
Samir Süleymanlı
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00