Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Vəli Cəfərov Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə, o, Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.
Murad İbrahimli