Yaponiyalı alimlər ən təhlükəli qan qrupunu müəyyən ediblər. Ağır xəsarətlər digərləri ilə müqayisədə daha çox bu qan qrupuna malik olanların ölümünə gətirib çıxarır.
Unikal.org xəbər verir ki, bu barədə “Daily” yazır.
Məsələ ondadır ki, bu qrupun qanı pis laxtalanır və bu da zədə zamanı böyük qan itkisi riskini artırır.
Alimlərin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, birinci qrupu olan yaralı xəstələrin 28%-i, digərlərinin isə 11% -i ölüb.
Lakin qanın pis laxtalanmağının müsbət tərəfləri də qeyd edilir. Belə ki, bu tip qanda digərləri ilə müqayisədə tromb daha az yaranır və xolesterinin də səviyyəsi az olur.