Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında AzQAC-ın prezidenti, millət vəkili Novruz AslanovBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Ariane Bauer və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı Olga Jumayevanın videoformat şəklində qatıldığı növbəti üçtərəfli görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşün əvvəlində Novruz Aslanov qonaqları salamlayaraq artıq ənənə xarakteri daşıyan üçtərəfli görüşün vacibliyini və əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Mövcud vəziyyətin çətinliyini və ağırlığını nəzərə alaraq görüləcək işlərin cevik və operativ olaraq həyata keçirilməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb. Cəbhəyanı ərazilərdə düşmənin hücumundan zərər çəkən mülki əhali, fərdi və çoxmənzilli yaşayış evlərinə, həmçinin sosial obyektlərə vurulan ziyan barədə görüş iştirakçılarına ətraflı məlumat verib və humanitar yardımın göstərilməsinin vacibliyini xüsusi olaraq qeyd edib. Bunun üçün istər AzQAC-ın, BQXQAF, istərsə də BQXK-nın birgə əməkdaşlığının mövcud vəziyyətə öz müsbət töhfəsini verəcəyindən əmin olduğunu söyləyib. Zərər çəkən mülki əhalinin ehtiyaclarının təmin olunması üçün qısa zamanda xüsusi tədbirlər görülməsinin tərəfdarı olduğunu qeyd edib.

Daha sonra çıxış edən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Ariane Bauer hazırki vəziyyətdəmülki əhalinin təhlükəsizlik və müdafiə məsələlərinin vacibliyini önə çəkərək mütəxəsislərin təcrübəsindən yararlanacaqlarını söyləyib. Mövcud vəziyyətdə kommunikasiya və koordinasiya işinin dəqiq və operativ aparılmasının vacibliyini qeyd edən başçı bu sahədə AzQAC-ın köməyinin məqsədəuyğun olacağını xüsusi vurğulayıb. Böhran şəraitində informasiyanın düzgün ötürülməsinin, beynəlxalq ictimaiyyətə hansı mesajların verilməsinin birlikdə  hazırlanmasının vacibliyni qeyd etdi. Həmçinin, AzQAC-ın şəhər və rayon bölmələrinin cəbhəyanı ərazilərdə yaşayan mülki əhalinin ehtiyaclarını öyrənərək məlumat verməsinin önəmindən danışıb.

Hazırki vəziyyətdə cəhbəyanı ərazilərdə işlərini davam etdirən Fövqəladə Mobil Könüllü Dəstələrin uğurlu fəaliyyətindən danışan BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Olga Jumayeva koordinasiya işinin çox səriştəli aparıldığını söylədi. Hərəkatın hər üç komponentinin zərərçəkən mülki əhaliyə dəstək olunmasını qarşılqılı əməkdaşlıq və koordinasiyalı hərəkət şəkildə edilməsinin vacibliyini xüsusi qeyd etdi. Federasiyanın öz növbəsində bütün yardımlara və dəstəyə hazır olduğunu söyləyib.

Sonda mövcud imkanların səfərbər olunması qərarına gəlinib. Cəmiyyətin prezidenti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Ariane Bauerə və Komitənin əməkdaşlarına, BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı xanım Olga Jumayevaya öz təşəkkürlərini bildirdi. Novruz Aslanov bildirib ki, bu tip üç tərəfli kooordinasiya görüşlərinin gələcəkdə də lazım olduğu təqdirdə keçiriləcəkdir.