Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilib.
Unikal.org xəbər verir ki, “Qarabağ Azərbaycandır!” şüarlı aksiyaya Marneuli ilə yanaşı, Tbilisi, Rustavi şəhərləri, Qardabani, Bolnisi, Dmanisi və digər bölgələrdə yaşayan soydaşlarımız da qatılıb.
Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndiriblər. Mitinqçilər əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.
Onlar həmçinin "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Yaşasın Azərbaycan əsgəri!", "Eşq olsun Azərbaycan Ordusuna!" şüarları səsləndiriblər.
Soydaşlarımız Azərbaycanın işğal altında olan bütün torpaqlarının tezliklə azad olunacağına əminlik ifadə ediblər. Kütləvi aksiyaya vətənpərvərlik mahnılarının ifası ilə yekun vurulub.
Aksiya iştirakçıları Azərbaycandan növbəti zəfər xəbərlərini gözlədiklərini bildiriblər.
Qeyd edək ki, bugünkü mitinq Gürcüstanda Azərbaycana dəstək məqsədilə keçirilən sayca 4-cü aksiyadır.