“Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.
Unikal.org xəbər verir ki, bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın bu işinə hamı haqq qazandırır: “Çünki hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik”.