Bosniya və Herseqovinanın ən böyük ali təhsil ocaqlarından biri olan Mostar Universiteti ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Unikal.org xəbər verir ki, müqavilə tərəflər arasında beynəlxalq layihələrin birgə icrasını, müştərək elmi tədqiqatların həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini və digər əməkdaşlıq əlaqələrini nəzərdə tutur.