Müdafiə Nazirliyinin kiçik çavuşu Nadir İbadovun ailəsində xoş gün yaşanıb.
Unikal.org xəbər verir ki, bu barədə Xəzər TV məlumat yayıb.
Ordumuz əks-hücum əməliyyatlarına başladığı gün N. İbadovun üçəm övladları - 2 oğlu və bir qızı dünyaya gəlib.
Noyabrda həyata göz açacağı gözlənən balacaları isə Nadir İbadov cəmi bir dəfə görüb. O, oğullarına şəhid general Polad Həşimov və Milli Qəhrəman Mübariz İbrahimovun şərəfinə Polad və Mübariz adlarını qoyub, cəbhəyə gedib.
Kiçik çavuş qızına isə Nuray adını verib.