Rusiya Federasiyası Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə Üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının Beynəlxalq Monitorinq İnstitunun Bakı filialı tərəfindən Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan tələbə-gənclər arasında Dünya ölkələrinin seçki sistemləri adlı internet-olimpiada keçirilib.  Tələbələr Avropa və MDB ölkələrinin seçki qanunvericilikləri ilə bağlı sualları cavablandırıblar.

Unikal.org xəbər verir ki, yekun nəticələrə görə, Qərbi Kaspi Universitetinin tələbələri - Kamran Kazımzadə ikinci, Aida Magomedova isə üçüncü yerə layiq görülüblər.