Baş prokuror Kamran Əliyevlə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hazırda Gəncədə hadisə yerindədir.
Unikal.org xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Qeyd edək ki, gecə saatlarında Ermənistan silahlı birləşmələri Gəncəni raket atəşinə tutub. Raketlərdən ikisi şəhərin mərkəzindəki yaşayış evlərinə düşüb. Hadisə nəticəsində 13 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.